Mingəçevir, Salyan, Göygöl, Bərdə, Tərtər və Yevlax bələdiyyələri onlara dəstək üçün dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəyib.
Tribuna.az xəbər verir ki, bu barədə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağında bildirilib.
Məlum olub ki, bələdiyyə büdcəsinə gəlir gətirə bilən istehsal müəssisələrinin və xidmət sahələrinin yaradılması üçün dövlət dəstəyi olaraq 2019-cu ildən başlayaraq dövlət büdcəsindən subvensiyalar ayrılıb. Buna baxmayaraq, heç bir müsbət nəticələr əldə edilməyib.
2019-cu ildə 773 min manat Mingəçevir, Salyan və Göygöl bələdiyyələrinı, 2021-ci ildə 215 min manat Bərdə və Tərtər bələdiyyələrinə, 2022-ci ildə isə 310 min manat Yevlax bələdiyyəsinə kifayət qədər böyük məbləğdə subvensiya vəsaiti ayrılıb. Lakin bələdiyyələrin illik büdcə gəlirlərində əsaslı artım müşahidə olunmayıb.
Bu səbəbdən, Assosiasiya tərəfindən müvafiq dövlət orqanlarına müraciət olunması və ciddi tədbirlərin görülməsi planlaşdırılır.
Nigar
Tribuna.az









