Türkiyədə millət vəkili olmaq istəyən təşkilat üzvləri bir-bir vəzifələrindən istefa verməyə başlayıb.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, seçkiöncəsi siyasi partiyalarda deputatlıq uğrunda mübarizə başlayıb.
31 vilayətin rəhbəri MHP-də millət vəkili olmaq üçün işini tərk edib. CHP-də isə 40 bölgə və 39 rayon başqanı namizədliyi üçün istefa verib.
AK Partiyada isə proses hələ başlamayıb.
Tribuna.az









