Dünən Rusiyanın Sankt-Peterburq şəhərində kafedə baş verən partlayış nəticəsində xəsarət alanların sayı artıb.
Tribuna.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində yaralıların sayı 32 nəfərə çatıb.
Xatırladaq ki, partlayış nəticəsində 1 nəfər həlak olub. Daha əvvəl yayılan məlumatda 25 nəfərin xəsarət aldığı bildirilirdi.









