“Samsunspor” klubu 11 ildən sonra Spor Toto Super Liqaya vəsiqəni təmin etdi.
Tribuna.az “TRT spor”a istinadən xəbər verir ki, Spor Toto 1-ci Liqanın 32-ci həftəsində “Eyüpspor”un “Gənclərbirliyi”nə 2:0 hesablı məğlubiyyəti ilə “Yılport Samsunspor” mövsümün bitməsinə 6 həftə qalmış Super Liqaya yüksəlməyi təmin edib. “Eyüpspor” matçının final fitindən sonra “Samsunspor” azarkeşləri şəhər küçələrini gəzərək Super Liqaya yüksəlməyin sevincini yaşayıblar. Azarkeşlər Çiftlik küçəsində məşəl yandırıb, mahnılar oxuyub, marşlar oxuyublar.
Nihat









