Şair-filosof Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirilib

Şair-filosof Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Libraff mağazalar şəbəkəsinin Park Akademiya filialında şair-filosof Mikayıl Ruhandın “Qapı” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tribuna.az xəbər verir ki, ədəbiyyat və incəsənət nümayəndələrinin iştirak etdiyi tədbirdə şair-dramaturq İlqar Fəhmi görüşü açıq elan etmiş, kitabın ön sözünün müəllifiədəbiyyatşünas-şair Dalğa Xatınoğlu, kitabın redaktoru şairə Mənsurə Qaçayqızı çıxışlarla davam etmişdir. Görüşdə fəlsəfə doktoru Müşviq Ötkün,Əməkdar artist Nicat Kazımov, folklorçu alim İşıqlı Atalı və “Real” tv-nin aparıcısı tanınmış jurnalistıİlham Şaban çıxış edərək müəllifin yaradıcılığından, “Qapı” kitabının zəngin mahiyyətindən bəhs ediblər. Daha sonra müəllifə söz verilmiş, imza saatı keçirilmiş və xatirə fotoları çəkilmişdir.
Qeyd edək ki, müəllifin “Elm və təhsil” nəşriyyatında nəşr olunan “Qapı” axtarışların və sualların kitabıdır. Kitabda fəlsəfə, hikmət, varlıq, əxlaq və insanilik kimi vacib anlayışlara toxunulmuş, həmçinin, Qərb filosoflarının və Şərq müdriklərinin həyata, insana, dünyaya münasibətlərinə baxışlar yer almışdır. Kitabda müxtəlif fəlsəfi baxışların qarşılaşdırılması, onların ortaq və fərqli cəhətlərinin araşdırılması insanın həqiqət axtarışlarına yeni məna qazandırır.
“Qapı” kitabının ön sözünün müəllifi Dalğa Xatınoğlu, redaktoru Mənsurə Qaçayqızıdır.