ŞAHZADƏ HARRİ: “25 NƏFƏRİ ÖLDÜRMÜŞƏM”

ŞAHZADƏ HARRİ: “25 NƏFƏRİ ÖLDÜRMÜŞƏM”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahzadə Harrinin yanvarın 10-da işıq üzü görəcək “Ehtiyat” adlı xatirə kitabının bir hissəsi İspaniyada müdiaya sızdırılıb. Kitabda Harrinin etirafları böyük marağa səbəb olub.

Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, kitab satışa çıxmamış içindəkilərdən bir hissəsi çap edilərək artıq satışa təqdim edilib.
Marağa səbəb olan isə şahzadə Harrinin Əfqanıstandakı əsgərlik müddəti zamanı zamanı 25 nəfəri öldürdüyü ilə bağlı etirafları olub.

Xəbərdə yer alan məlumata görə, şahzadə Harri Əfqanıstanda vəzifəsi zamanı 25 nəfəri öldürdüyünü və bununla nə qürur duyduğunu, nə də utandığını bildirib. O qeyd edib ki, hədəfləri silmək “şahmat fiqurlarını” lövhədən çıxarmaq kimidir.
Kitabdan bir hissə:
“Birinci gündən məqsədim doğru şeyi edib-etməmək idi. Talibana, sadəcə Talibana atəş açmalıydım. Yaxınlıqdakı mülki şəxslərə atəş açıb-açamadığıma dair şübhə duymaq istəmirdim. Mən Britaniyaya qayıtmaq istəyirdim. Bütün bədən üzvlərim yerində və sağlam halda, daha çox isə vicdanım sağ-salamat evə getmək istəyirdim”.

Tribuna.az