Saakaşvili ölərsə, Avropa Parlamenti Gürcüstanla bağlı bundan imtina edə bilər

Saakaşvili ölərsə, Avropa Parlamenti Gürcüstanla bağlı bundan imtina edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsdə ölərsə, Avropa Parlamenti (AP) Gürcüstanın Aİ-yə üzvlüyünü təsdiq etməyəcək.

Tribuna.az xəbər verir ki, bu barədə aparıcı fraksiya – Avropa Xalq Partiyasını təmsil edən polşalı deputat Yaçek Sariuş-Volski məlumat verib.

“Saakaşvili ilə Gürcüstanın Aİ-yə daxil olması perspektivləri arasında paralellər prinsipcə imperativdir! Hər iki hal ayrılmazdır. Keçmiş prezident həbsdə olarsa və həbsdə ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın Aİ-yə üzvlüyünə səs verməyəcək”, – deyə Sariuş-Volski Twitter-də yazıb.
Gürcüstan Aİ-yə üzvlük üçün Moldova ilə eyni gündə və Ukraynadan iki gün sonra, martın 3-də müraciət edib. İyun ayında Avropa Komissiyası Gürcüstana namizəd olmaq tövsiyəsini rədd edərək, Gürcüstanın namizəd statusunu yalnız müəyyən şərtlər yerinə yetirildikdən sonra alacağını bildirib.
Mixail Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, may ayından Vivamedi klinikasında müalicə olunur. Onun vəkili Mixail Saakaşvilinin 36 xəstəliyinin olduğunu bildirib. Mediada dərc edilən məlumatlara əsasən onun ağır metallarla zəhərləndiyi bildirilir.