Rusiyanın Ukraynaya qarşı müharibəsi uzandıqca hər iki ölkədə döyüşmək və ölmək istəməyənlərin sayı sürətlə artır. Dövlətlər isə inzibati resurslardan istifadə edərək çağırışçıları zorla müharibəyə göndərirlər.
Tribuna.az xəbər verir ki, Ukraynada çəkilən bir görüntü dəhşətə gətirib. Belə ki, döyüşmək istəməyən bir gənci səfərbərlik xidmətinin işçiləri onu məcbur aparmağa çalışır. Çağırışçı evin damına çıxaraq etiraz edib.
Lakin əfərbərlik işçisi də dama çıxaraq onu tutmağa çalışıb. Damda əlbə-yaxa olan iki şəxs oradan yerə yıxılıb. Hər ikisi yaralansa da, səfərbərlik əməkdaşları etiraz edən gənci məcbur müharibədə döyüşməyə aparıb.
Son vaxtlar Ukraynada bu cür halların artdığı bildirilir. Mülki vətəndaşlar sosial şəbəkələrdə bu tip videolar paylaşaraq etirazlarını bildirirlər.
Gülşən Rəsul









