RUSLAR ERMƏNİLƏRİ XOCAVƏND MƏBƏDİNDƏ GƏZDİRDİ, BİZ NİYƏ XOCALIYA GEDƏ BİLMİRİK? – PARTİYA LİDERİNDƏN ETİRAZ

RUSLAR ERMƏNİLƏRİ XOCAVƏND MƏBƏDİNDƏ GƏZDİRDİ, BİZ NİYƏ XOCALIYA GEDƏ BİLMİRİK? – PARTİYA LİDERİNDƏN ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı sülhməramlılar bu bölgəyə yerləşəndən məlumdur ki, öz fəaliyyətləri ilə məşğul olmurlar. Onların məşğul olmalı olduğu iş kənarda qalıb, bu iki il ərzində bizim torpqlardan qaçıb getmiş erməniləri geri qaytarmaqla məşğuldurlar. Tikinti işləri aparırlar, gizlin-aşkar formada silah daşınması həyata keçirirlər, hərbi təlimlər verirlər. İndi də ermənilərin bizim torpaqlardakı Alban məbədlərinə ziyarətlərini təşkil edirlər.

Bu sözləri Tribuna.Az-a Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev sülhməramlıların Amaras məbədinə erməni zəvvarların ziyarətini təşkil etməsinə münasibət bildirərkən deyib. Partiya sədri bildirib ki, rusiyalı sülhməramlılar azərbaycanlıların Xocalıya səfərini, ziyarətini təşkil etməkdə maraqlı deyillər:

“Rusiyalı sülhməramlılar bu iki il ərzində ermənilərin yanında olduqlarını dəfələrlə sübut ediblər. Onlar sülhməramlı olsaydı, ermənilərlə azərbaycanlıların barışmasına nail olardı, hər iki tərəfə də eyni münasibət, mövqe sərgiləyərdilər. Əksinə, onlar açıq şəkildə ermənipərəst mövqelərini nümayiş etdirirlər, bunu heç gizlətmirlər də. Bu gün sülhməramlılar ermənilərlə azərbaycanlıların təmasının qarşısını kəsir.
Dəfələrlə bəyan ediblər ki, 10 min, 20 min erməni qaçqınını, onlar belə adlandırır, geri gətirməyə nail olublar. Azərbaycanın milyonlarla qaçqını, məcburi köçkünü olsa da, bir nəfərin də geri qaytarılmasına rusiyalı sülhməramlıları kömək etməyib”.
E.Musayev əlavə edib ki, Rusiya hələ də ermənilərin nazı ilə oynayır:
“İndi Ermənistanda Rusiya rəhbərliyinə qarşı çox ciddi bir təpki var. Bu səbəbdən Rusiya ermənilərin bir qədər nazı ilə oynayır, erməni xalqını yenidən ələ almaq üçün bu kimi yollara əl atır. Rusiya Azərbaycan ərazisində öz qoşularını saxlamaq üçün erməniləri həmişə dəstəkləməyə hazırdır. Qarabağ problemi davam etdikcə, rusların orada qalmasına ehtiyac olacaq”.
Nigar