Rusiyanın Ukrayna ilə sərhəd Belqorod vilayətinə PUA-lar hücum edib

Rusiyanın Ukrayna ilə sərhəd Belqorod vilayətinə PUA-lar hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna dronları ötən gecə Rusiyanın Belqorod vilayətində iki elektrik yarımstansiyasına hücum edib.

APA-nın  BAZA “Telegram” kanalına istinadən xəbər verir ki, dünən axşam saat 11 radələrində PUA-lar İqumenkadakı yarımstansiyaya iki, Draqunskoye kəndindəki yarımstansiyaya bir bomba atıb, bundan sonra oradakı transformatorlar yanıb.

Yanğın bir saat ərzində söndürülüb. Ölən və yaralananların olmadığı bildirilib.