Rusiyanın Qafqazı yeni marşı: “Əldən verməyəcəyik”

Rusiyanın Qafqazı yeni marşı: “Əldən verməyəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Qafqaz dövlətidir və regionda baş verən proseslərlə sıx bağlıdır. Buna görə də Cənubi Qafqaz onun üçün həyati əhəmiyyət kəsb edir”.

Tribuna.az xəbər verir ki,bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin deyib.

Onun sözlərinə görə, Rusiya Qafqaz gücü olmaqda israrlıdır. “Bizim maraqlarımız Rusiyanın sadəcə qonşu deyil, həm də özünün Qafqaz gücü olması faktından irəli gəlir. Bizi regionun bütün dövlətləri ilə ən yaxın tarixi və mədəni əlaqələr birləşdirir. Beş respublikadan dördü ilə müttəfiqlik münasibətləri qurulub. Cənubi Qafqazdakı hər bir ölkə üçün Rusiya əsas və ya əsas ticarət tərəfdaşlarından biridir. Bizim üçün vacib nəqliyyat arteriyaları regiondan keçir. Dağ silsiləsinin digər tərəfində proseslərin necə inkişaf edəcəyi də əsasən Şimali Qafqazdakı vəziyyətdən asılıdır. Bir sözlə, Cənubi Qafqaz bizim üçün həyati əhəmiyyət kəsb edir”.

Kaluqin daha sonra qeyd edib ki, Qərb “gözəl sözlərə” baxmayaraq, Moskvanın yerini tuta bilməyəcək. “Qərb gözəl sözlərinə baxmayaraq, yaxın gələcəkdə Cənubi Qafqazda nə təhlükəsizlik sektorunda, nə də iqtisadiyyatda Rusiyanın yerini tuta bilməz və tuta bilməyəcək. Regiondakı maraqlarımız sarsılmazdır”.

Moskva rəsmisi sondda bildirib ki, ölkəsi 3+3 formatının qalmasında maraqlıdır. “Rusiya Cənubi Qafqaz üzrə “3+3” formatında əlaqələrin davam etdirilməsində maraqlıdır və platformanın ən qısa müddətdə tam şəkildə işini bərpa edəcəyinə ümid edir”.

Fərda Uğur