RUSİYANIN PLANLARINI BANKİR KİREYEV PUÇ EDİB?

RUSİYANIN PLANLARINI BANKİR KİREYEV PUÇ EDİB?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanova Rusiyanın Kiyevi tutmaq planı haqda ilk məlumatı bankir Denis Kireyev verib. Məlumata görə, Kireyevin həm Rusiya, həm Ukraynanın xüsusi xidmət orqanlarında əlaqələri olub.

Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, bankir uzun illər külli miqdar pul müqabilində Rusiya ilə əməkdaşlıq edib. “Voll Strit Jurnal” məlumat yayıb ki, bundan sonra isə Kireyev Qərb kəşfiyyatı ilə əlaqələr qurub.
Məlumata görə, Kireyev öz mənbələrindən Moskvanın işğala hazırlaşdığını öyrənib. Fevralın 23-də günortadan sonra Kireyev Budanova təzə kəşfiyyat məlumatı çatdırıb ki, Putin səhər tezdən işğal əmri verib.
Məlumata görə, Belarusda atəşkəs danışıqlarına səbəb də Rusiyanın sürətli hücum planının puça çıxması olub.