Rusiyanın Dneprə raket zərbələri endirməsi nəticəsində ölənlərin sayı 44-ə çatıb

Rusiyanın Dneprə raket zərbələri endirməsi nəticəsində ölənlərin sayı 44-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 15-də Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində çoxmərtəbəli yaşayış binasına raket zərbələri endirməsi nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

Tribuna.az UNİAN-a istinadən xəbər verir ki, həlak olanlardan 5-i uşaqdır.Həmçinin bildirilib ki, dağıntılar altından 39 nəfər sağ xilas edilib.

Ərazidə axtarış-xilasetmə tədbirləri başa çatıb.

Qeyd edək ki, Rusiya ordusu yanvarın 15-də Dneprə raketlə hücum edib.