Laçın dəhlizində olan Rusiya sülhməramlı qüvvələrinin yaxasında Ukraynaya qarşı işğalın simvolu “Z” hərfi var. Halbuki Rusiya sülhməramlı qüvvələri adlanan hərbiçilərin iki il bundan əvvəl Qarabağa göndəriləndə yaxalarında “Z” işarəsi olmayıb.
Tribuna.az xəbər verir ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayandan sonra Azərbaycan ərazisində olan sülhməramlıların da yaxalarında bu işarə peyda olub. “Z” işarəsi Rusiyanın işğalçı işarəsinin simvolu olaraq, raşizmi özündə ehtiva edir.
Ekspertlər hesab edir ki, Azərbaycan ərazisində xidmət edən Rusiya hərbçilərindən belə bir simvoldan istifadə edilməməsini Azərbaycan tələb etməlidir. Moskva bununla Azərbaycana qarşı işğalçı siyasət ortaya qoyduğu mesajını verir. Rusiya dövlətinin işğalçı siyasətinin simvolu olan “Z” sülhməramlı qüvvələr daşıyırsa, bu sülhməramlı deyil.
Nigar
Tribuna.az










