RUSİYADAN FİNLANDİYA BARƏDƏ GƏRGİNLİYİ ARTIRAN BƏYANAT

RUSİYADAN FİNLANDİYA BARƏDƏ GƏRGİNLİYİ ARTIRAN BƏYANAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO-ya üzv olmaq istəyən Finlandiyanın NATO üzvlüyü bu gün keçiriləcək mərasimlə rəsmiləşəcək.

Tribuna.az HaberTürk-ə istinadən xəbər verir ki, NATO ölkələrinin xarici işlər nazirləri Finlandiyanın NATO üzvlüyünə qəbulu ilə bağlı mərasimin keçiriləcəyi Brüsseldəki qərargahda görüşüblər.

NATO-nun baş katibi Yens Stoltenberq verdiyi açıqlamada, “Finlandiyanın NATO-ya üzvlüyü tarixi hadisədir. Finlandiyanın razılığı olmadan heç bir NATO qüvvəsi Finlandiyaya yerləşdirilməyəcək. Məqsədimiz münaqişəni təhrik etmək deyil, bunun qarşısını almaqdır” dedi.

“Finlandiyanın NATO-ya daxil olması münaqişənin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olacaq”, – Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Kremlin sözçüsü Dmitri Peskov da bildirib ki, “Rusiya Finlandiyanın NATO-ya daxil olmasına cavab verməli olacaq”.

Digər tərəfdən, Finlandiyanın NATO-ya üzv olması ilə Rusiya sərhəd təhlükəsizliyini ikiqat artırdı. Moskvanın dünən verdiyi açıqlamada Rusiyanın qərb və şimal-qərb bölgələrində hərbi potensialını artıracağı bildirilib.

Stoltenberqin Finlandiyanın rəsmi olaraq NATO-ya üzv olacağını açıqlamasından sonra Rusiya xarici işlər nazirinin müavini Qruşko Rusiyanın RİA xəbər agentliyinə belə danışıb;

“Finlandiya NATO-ya daxil olduqdan sonra Rusiya qərb və şimal-qərb bölgələrində hərbi potensialını artıracaq”.