Rusiyada “Su-34” qırıcısının qəzaya uğramasının səbəbi açıqlanıb

Rusiyada “Su-34” qırıcısının qəzaya uğramasının səbəbi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının qəzaya uğramasının səbəbi açıqlanıb.

TİA.AZ xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilir ki, uçuş zamanı iki qağayı “Su-34”ün mühərriklərinə daxil olub:

“Onların parçaları mütəxəssislər tərəfindən təyyarənin qalıqlarını araşdırarkən tapılıb. Bu hal təyyarənin mühərriklərindən birinin alışmasına və qəzaya uğramasına səbəb olub”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində 3-ü uşaq olmaqla 15 nəfər ölüb.