Rusiyada güclü zəlzələ oldu

Rusiyada güclü zəlzələ oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Kamçatka diyarının şərq sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Tribuna.az Rusiya KİV-ə istinadən xəbər verir ki, zəlzələ bazar günü Kamçatka vaxtı ilə saat 14:17-də (Bakı vaxtı ilə 06:17) qeydə alınıb.

Zəlzələnin episentri həmin rayonun Ust-Kamçatsk kəndindən 84 km aralıda, 103 km dərinlikdə yerləşib.

Təkanlar Ust-Kamçatsk və Klyuçi kəndində də hiss olunub.