Detektiv yazar Aqata Kristinin əsərləri Rusiyada nəşr edilməyəcək.
Tribuna.az yazır ki, bu barədə Aqata Kristi fondu ilə görüşdə bildirilib.
“Qanun” Nəşriyyat Evinin rəhbəri Şahbaz Xuduoğlunun paylaşdığı məlumata əsasən, Aqata Kristinin əsərlərinin Rusiyada satışı dayandırılıb. Artıq dünyada ən çox satılan detektiv ustasının əsərləri rusca çevrilməyəcək:
“Bu qərar Rusiyanın Ukraynaya qarşı aqresiyasına etiraz olaraq qəbul edilib. İstəmirlər ki, kitab satışından Rusiya gəlir götürsün”.









