“Rusiya və Çin arasında əməkdaşlıq dünyada vəziyyətə stabilləşdirici təsir göstərir və gərginliyin azaldılmasına töhfə verir”.
Tribuna.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Çinin müdafiə naziri Li Şanfu ilə Moskvada danışıqlar zamanı bildirib ki, “Beynəlxalq arenada səylərimizin əlaqələndirilməsi dünyadakı vəziyyətə sabitləşdirici təsir göstərir, münaqişə potensialının azalmasına kömək edir”.
Şoyqu həmçinin vurğulayıb ki, Rusiya və Çin birgə dəniz və hava patrulları, Şanxay Əməkdaşlıq Təşkilatı və “SMOA Plus” çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli formatda hərbi təlimlərin hazırlanması istiqamətində öz fəaliyyətlərini əlaqələndirirlər.
“Əminəm ki, bugünkü görüş müdafiə sahəsində Rusiya-Çin strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcək və qlobal və regional təhlükəsizliyin aktual məsələlərini vicdanla müzakirə etmək imkanı verəcək”, – Rusiyanın müdafiə naziri vurğulayıb.









