Rusiya Ukraynaya raket zərbələri endirib, 4 nəfər ölüb, 8 nəfər yaralanıb

Rusiya Ukraynaya raket zərbələri endirib, 4 nəfər ölüb, 8 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya endirdiyi raket zərbələri nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

TİA.AZ  Ukrayna KİV-ə istinadən xəbər verir ki, hazırda xilasedicilər insanların dağıntılar altından çıxarılması üçün axtarış-xilasetmə işləri aparırlar.

Məlumata görə, həmçinin Ukraynanın bir sıra vilayətlərində elektrik enerjisinin verilişi dayandırılıb.

Bildirilib ki, Rusiya hərbçilərinin Zaporojye vilayətinə raket hücumu nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Bundan əlavə, Dneprdə isə raket hücumları nəticəsində 5 nəfər yaralanıb. Vurğulanıb ki, hava hücumu nəticəsində sənaye müəssisəsi və yaxınlıqdakı yaşayış binaları zədələnib. Bütün zərərçəkənlərin vəziyyəti orta ağırdır.

Eyni zamanda Odessada da 3 nəfərin hava hücumu zamanı xəsarət aldığı qeyd olunub.

Ukraynanın Baş naziri Denis Şmıqal isə Rusiyanın budəfəki zərbələrinin hədəfinin ölkənin qaz hasilatı müəssisələri, xüsusilə Dneprdəki “Yujmaş” zavodu olduğunu açıqlayıb.