Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya Ukraynanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukrayna ordusunun itkilərini açıqlayıb.

Tribuna.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.

O bildirib ki, xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 411 təyyarəsi sıradan çıxarılıb:

“Ukraynanın 228 helikopteri, 3782 PUA-sı, 415 zenit-raket kompleksi, 8773 tank və digər zirehli texnikası, 1091 reaktiv yaylım atəş sistemi, 4633 artilleriya və minaatanı, 9650 xüsusi hərbi avtomobil texnikası məhv edilib”.