RUSİYA UKRAYNADAN SONRA BU ÖLKƏYƏ HÜCUM EDƏCƏKMİ?

RUSİYA UKRAYNADAN SONRA BU ÖLKƏYƏ HÜCUM EDƏCƏKMİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova ilə Qərb dövlətləri arasında artan dialoqdan narahatlığını bildirən Rusiyanın xarici işlər naziri Lavrov “ikinci Ukrayna” kəlməsini istifadə edərək Moldovanı hədələyib və müharibənin yayıla biləcəyinə işarə edib.

Tribuna.az CNN-ə istinadən xəbər verir ki, keçmiş sovet respublikalarını müstəqil dövlətlər deyil, özlərini idarə edənlər kimi görməyə davam edən Moskva Ukraynadan sonra Moldovada da oxşar “müdaxilə” edilə biləcəyi ilə hədələyib.
“Rossiya-24” dövlət televiziyasına danışan Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Moldovada qeyri-demokratik seçki ilə hakimiyyətə gələn və eyni zamanda Rumıniya vətəndaşı olan prezident Maya Sandu NATO-nun istəklərini yerinə yetirməyə can atır. Moldova prezidenti bunu gizlətmir və ölkəsi yaxın vaxtlarda Rumıniya ilə birləşməyi planlaşdırır”, – deyə o, bu siyasətə qarşı olduqlarını bildirib.

Lavrov əlavə edib: “Qərb dövlətləri Ukraynadan sonra diqqətlərini Moldovaya yönəldiblər. Onlar həm də Moldovanı ikinci Ukraynaya çevirmək istəyirlər. Rusiyanın 2014-cü ildə müdaxiləsi ilə Ukraynada yaradılan separatçı Donbas bölgəsi 1991-ci ildən Moldovanın şərqindəki Dnestryanı bölgədə yerləşir. Moldovada rus separatçılarının üsyanı baş verərsə, burada da analoji Ukrayna müharibəsinin baş verəcəyi istisna edilmir. Dnestryanı Ukrayna ilə həmsərhəddir”.