Ekspert Rusiya–Ukrayna müharibəsinin gedişatına təsir edə biləcək əsas silah növlərini açıqlayıb.
Ukraynanın hərbi imkanlarının gücləndirilməsinə ehtiyac fonunda ciddi disbalans yaranır: Avropa ölkələri “gücünə görə verə biləcəyi” silahları ötürür, lakin bu silahlar cəbhədə real vəziyyəti dəyişdirməyə yetmir.
Tribuna.az xəbər verir ki, bunu Hərbi Hava Qüvvələrinin keçmiş zabiti, radio-elektron mübarizə vasitələrinin istehsalı ilə məşğul olan şirkətin direktor müavini Anatoli Xrapçinski bildirib.
Ekspertin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya effektiv cavab verə bilməsi üçün ilk növbədə iki növ uzaqmənzilli raketə ehtiyacı var:
Storm Shadow (dünyada cəmi 3 min ədəd istehsal olunub);
ATACMS.
İmran Kərimli









