Rusiya Ukrayna ərazisinə kütləvi raket zərbələri endirib, yaralananlar var

Rusiya Ukrayna ərazisinə kütləvi raket zərbələri endirib, yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusunun Ukraynanın Kiyev vilayətinə raket zərbələri endirməsi nəticəsində 3 mülki şəxs yaralanıb.

Tribuna.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Mer deyib ki, xilasedicilər ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər. Bundan başqa, Kiyevdə su və elektrik enerjisi kəsilib.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyakın sözlərinə görə, bu gün səhər saatlarından etibarən Ukraynaya 120 raket atılıb.