Rusiya Qrenlandiyanı ələ keçirəcək?

Rusiya Qrenlandiyanı ələ keçirəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı almaq üçün tez hərəkət etməsə, ada referendum yolu ilə Rusiyaya qoşulma qərarı verə bilər.

Tribuna.az xəbər verir ki, Medvedev bu barədə sosial şəbəkə hesabında paylaşım edərək ABŞ-nin Qrenlandiya ilə bağlı təşəbbüslərini dəyərləndirib.

ABŞ-nin Qrenlandiyanı almasının “dünya iqliminin” dəyişməsi baxımından müsbət ola biləcəyini iddia edən Medvedev fikirlərini belə davam etdirib:

“Amma Tramp tələsməlidir. Təsdiqlənməmiş məlumatlara görə, bir neçə gün ərzində qəfil referendum keçirilə bilər və 55 min nəfərlik Qrenlandiya əhalisinin hamısı Rusiyaya qoşulmaq üçün səs verə bilər. O zaman hər şey bitər”.