RUSİYA QARABAĞDA YENİ TƏXRİBATA HAZIRLAŞIR

RUSİYA QARABAĞDA YENİ TƏXRİBATA HAZIRLAŞIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz Xankəndinə və Xocalıya tankla deyil, yumuşaq güc vasitəsilə girəcəyik. Təbii ki, yumuşaq gücün arxasında, hərbi güc durur. Azərbaycan rəsmiləri, Kütləvi informasiya vasitələrinin nümayəndələri etnik ermənilərin yaşadığı əraziyə girə bilər. Sülhməramlı qüvvələr onların qarşısını almalı deyil, onların təhlükəsizliyini təmin etməlidir.

Tribunnainfo.az xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, Rusiya sülhməramlı qüvvələri öz missiyalarindan kənar, erməni separatçılarını qorumaqla birbaşa təlimatı Kremldən alır:

“Proseslər Azərbaycanın Laçın yolunda gömrük postunun qoyulması ilə nəticələnəcək. Çünki baş verənlər Azərbaycanın suverenliyini təhdid edir. Rusiya Qarabağda ermənilərin reinteqrasiyasına imkan verməyərək, Vardan Rubinyan vasitəsilə yeni təxribatlara hazırlaşır. Azərbaycanın qətiyyətli addımları bu təxribatların qarşısını ala bilər”.

Nigar