Ukraynanın paytaxtı Kiyevdə ard-arda güclü partlayışlar olub.
Tribuna.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib. Onun sözlərinə görə, Rusiya ordusu Ukrayna paytaxtına raket zərbələri endirib.
Ukrayna Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hücumlar “İskəndər” raketləri ilə həyata keçirilib.
Raket hücumlarından sonra ərazidə hava hücumu xəbərdarlığı elan olunub. Ölən və yaralananlar barədə hələlik məlumat verilməyib.









