RUSİYA İLƏ QƏRB ARASINDAKI NİFAQ CƏNUBİ QAFQAZA DAŞINIR… SƏBƏBKAR İSƏ ERMƏNİSTANDIR – POLİTOLOQ ŞƏRHİ

RUSİYA İLƏ QƏRB ARASINDAKI NİFAQ CƏNUBİ QAFQAZA DAŞINIR… SƏBƏBKAR İSƏ ERMƏNİSTANDIR – POLİTOLOQ ŞƏRHİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə bir missiyanın bölgəyə gətirilməsi birbaşa Rusiya ilə Qərb arasında olan nifaqın Cənubi Qafqaz cəbhəsinə daşınması deməkdir. Bu, Rusiyaya qarşı Cənubi Qafqazda yeni bir arxa cəbhənin yaradılması məqsədi daşıyır. Bu birbaşa olaraq, Rusiyaya istiqamətlənmiş addımlardı və Rusiyaya qarşı mübarizədə Ermənistan bir alət olaraq istifadə olunur.

Bu sözləri Tribuna.az-a politoloq Züriyə Qarayeva Alman polislərinin, Fransız jandarmasının bölgəyə gəlişinin regiona göstərəcəyi təsirlər barədə açıqlama verərkən deyib. Siyasi şərhçi bildirib ki, Avropa İttifaqı monitorinq missiyasının Azərbaycan Ermənistan sərhədində yerləşdirilməsi ilə bağlı bugünə qədər fərqli səpkilərdə fikirlər səsləndirilib:

“Öncə həmin missiyanın say tərkibi 22 nəfər olaraq göstərilirdi. Sonradan bu heyətin daha da bir neçə dəfə genişləndirilməsi ilə bağlı plan irəli sürüldü. Ardınca Praqa sammitində monitorinq qrupunun məhz təmas xəttində Azərbaycan Ermənistan sərhədində yerləşdirilməsi təklif olundu. Lakin Azərbaycan prezidenti qəti etirazını bildirdi ki, sərhəd xəttində müvafiq bölgədə yalnız Rusiyanın sülhməramlılarının yerləşdirilməsi məsələsi qəbul olunduğuna görə artıq başqa bir monitorinq missiyasına bölgədə ehtiyac yoxdur. Ona görə də həmin missiya Ermənistan sərhədləri daxilində yerləşdirilməsi ilə bağlı bir qərar verildi və həmin qərarda heyətin mülki şəxslərdən ibarət olması vurğulanırdı.

Daha sonra bunun Fransa jandarmasından ibarət olduğu da gündəmə gətirildi ki, sonuncu iddianın doğruluq payı daha yüksəkdi. Yəni həqiqətəndə fransız hərbiçilərindən ibarət heyətin bölgədə yerləşdirilməsi nəzərdə tutulur.

Belə bir missiyanın bölgəyə gətirilməsi birbaşa Rusiya ilə qərb arasında olan nifaqın Cənubi Qafqaz cəbhəsinə daşınması deməkdir. Bu, Rusiyaya qarşı Cənubi Qafqazda yeni bir arxa cəbhənin yaradılması məqsədi daşıyır. Bu birbaşa olaraq, Rusiyaya istiqamətlənmiş addımlardı və Rusiyaya qarşı mübarizədə Ermənistan bir alət olaraq istifadə olunur. Məlum məsələdir ki, Azərbaycan ümumiyyətlə öz mövqeyini, xarici siyasət strategiyasının xəttini birmənalı şəkildə müəyyən etmiş dövlətdir. Yəni birmənalı dedikdə tam olaraq bir qütbə söykönməkdən söhbət getmir. Özünün milli maraqlarının, milli təhlükəsizlik maraqlarının prioritet elan edərək digər dövlətlərlə normal tarazlaşdırılmış xarici əlaqələrin aparılmasından söhbət gedir.

Ermənistan üçün belə bir faktor keçərli deyil. Hazırda müxtəlif güclər Ermənistandan və Ermənistan hakimiyyətindən öz maraqlarının bölgədə tətbiqi kimi istifadə edir. Ermənistan müstəqil deyil, rəhbərlikdə Sorosun hakimiyyətə gətirdiyi kadrdır və hakimiyyətə gəlmə qarşılığında ona müəyyən öhdəliklər verilib. Bu öhdəlikləri yerinə yetirmək lazımdır.Rəsmi İrəvan qarşısına qoyulan tələbləri yerinə yetirmək məcburiyyətindədir, çünki onu hakimiyyətə gətirən qüvvələr də məhz həmin dairələrdir.

Paşinyan tələbləri yerinə yetirməklə özünün siyasi varlığını tamamilə sual altında qoymuş olur. Çünki bölgədə Rusiya faktoru var. Hər nə qədər də Rusiya Ukrayna ilə müharibədə zəiflədilmiş kimi görünsə də, bu o demək deyil ki, Rusiyanın Ermənistan üzərində rıçaqları artıq zəifləyib. Rusiya heç bir vəchlə Ermənistanı itirmək istəmir”.

Z.Qarayeva bildirib ki, 1997-ci il hərbi əməkdaşlığa dair müqavilənin hələ də qüvvədə olduğunu nəzərə alsaq, Ermənistan ərazisində ikinci ölkənin hərbi qüvvələri yerləşdirilə bilməz:

“Bir də bu prinsipi nəzərə alsaq, Ermənistan demək olar ki, faktiki olaraq öz sonluğunu gətirmək üzrədir. Sahibə Qafarova ilə Volodinin görüşü zamanı da bu barədə söhbət oldu. Volodin açıq etiraf etdi ki, Ermənistan yaxın gələcəkdə xəritədən belə silinəcək. Bu artıq Rusiyanın Avropa İttifaqı missiyasının bölgədə yerləşdirilməsinə açıq reaksiyası idi. Bu yaxın gələcəkdə Ermənistanı nələrin gözləyəcəyini təxmin etməyə imkan yaradır. Ermənistan başqa ölkələrin əlində oyuncağa çevrilməsilə öz sonunu gətirməkdədir”.