RUSİYA ESTONİYA SƏFİRİNƏ 7 FEVRALA QƏDƏR VAXT VERDİ… “BURANI TƏRK ET”

RUSİYA ESTONİYA SƏFİRİNƏ 7 FEVRALA QƏDƏR VAXT VERDİ… “BURANI TƏRK ET”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmiləri anti-Rusiya hərəkətlərinə görə Estoniya ilə münasibətləri müvəqqəti işlər vəkili səviyyəsinə endirmək qərarına gəliblər.

Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, Estoniyanın Moskvadakı səfiri Marqus Laidredən fevralın 7-dək ölkəni tərk etməsi tələb olunub.
Rusiya həm də Estoniya Xarici İşlər Nazirliyinin Rusiyanın Tallindəki səfiri Lipayevə zəng edərək səfirlikdəki diplomatların sayının fevral ayına qədər 8 nəfərə endirilməsini tələb etməsinə cavab olaraq belə addım atıb.
Bəyanatda bildirilirdi ki, səfir Laidreyə Rusiyanı tərk etmək üçün fevralın 7-dək vaxt verilib:
“Estoniya yeni düşməncəsinə qərar qəbul edib. Biz Estoniya administrasiyasının düşmən addımlarına cavab verməyə davam edəcəyik”.