Rusiya Silahlı Qüvvələri və Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidmətinin nümayəndələri Dığ kəndi yaxınlığında gərginliyi azaltmaq üçün tədbirlər görüb.
Tribuna.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. O bildirib ki, hazırda ərazidə olan rusiyalı nümayəndələr dərhal Ermənistan və Azərbaycandakı məsul şəxslərlə əlaqə saxlayıb və gərginliyi azaltmaq üçün addımlar atıblar:
“Baş verənlər bir daha təsdiq edir ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlərə ciddi əməl olunması zəruridir”.









