Ermənistandakı Cənub Hərbi Dairəsinin hərbi bazasının motoatıcı bölmələrinin hərbçiləri Alagyaz yüksək dağlıq poliqonunda nəzarət atəşi təlimləri keçirib.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, motoatıcılar AK-74 “Kalaşnikov” avtomatlarından hərəkətdə olan və görünən hədəflərə atəş açıb, həmçinin məsafə və dəqiqlik üçün təlim-imitasiya əl qumbarası atıblar.
Hədəfi dəqiq vurmaq üçün hərbçilər atəşin meteoroloji, topoqrafik və ballistik xüsusiyyətlərini öyrəniblər.









