Bir müddətdir Putinə qarşı tənqidi fikirlər səsləndirən rusiyalı oliqarx Pavel Antov qaldığ otelin pəncərəsindən müəmmalı şəkildə yıxılaraq ölüb.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, nəhəng kolbasa şirkətinin sahibi, nəhəng kolbasa şirkətinin sahibi Pavel Antov istirahətə getdiyi Hindistanda dünyasını dəyişib.
66 yaşını qeyd etmək üçün dostları ilə getdiyi Hindistanın Rayaqada bölgəsində lüks oteldə qalan Antovun 3-cü mərtəbədəki pəncərədən yıxılaraq öldüyü bildirilib.
Vladimir vilayətində yerli deputat kimi fəaliyyətini davam etdirən və ölkənin ən zəngin siyasətçilərindən biri olan Antov ağır bədən xəsarətləri ilə otelin hovuzunda tapılıb və aparıldığı xəstəxanada dünyasını dəyişib.
Rusiya mətbuatı hadisənin intihar ola biləcəyini yazsa da, ötən həftə Hindistanda istirahətə gedən Antovun oliqarx dostlarından birinin də orada infarkt nəticəsində ölməsi suallar yaradıb.
Sentyabrda da Rusiyanın enerji nəhəngi “Lukoyl”un baş meneceri Ravil Maqanov xəstəxananın pəncərəsindən yıxılaraq dünyasını dəyişmişdi. O da ölümündən əvvəl Putini başlatdığı müharibəyə görə tənqi edirdi.
Xatırladaq ki, Antov Putini Ukraynaya müdaxiləyə görə tənqid edən adlardan biri olub. Rusiyalı iş adamı Rusiyanın Ukraynaya raket hücumu nəticəsində həlak olan mülki şəxslərin görüntüləri ilə bağlı “Terrordan başqa ad tapmaq çox çətindir” sözləri ilə diqqət çəkib. Təzyiqlərdən sonra Antov bir addım geri çəkilərək hər zaman Putini dəstəklədiyini söyləyərək üzr istəmişdi.
Evli və bir uşaq atası olan Antovun illik gəliri 157 milyon dollar olub.
Nigar
Tribuna.az









