Erməni həyasızlığı davam edir. Özünü erməni kartoqrafı kimi tanıtdıran Ruben Qaliçyan üzərində “Ermənistan sərhədlərinin 2600 illik tarixi”yazılmış saxta kitabı əlində nümayiş etdirərək yazır:
“Azərbaycan köhnə xəritələri tapdalayıb yenisini hazırlayır.”
Tribuna.az yazır ki, bu barədə BDU-nun erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi məlumat paylaşıb. O bildirib ki, bu başlıqlı iftira dolu məqaləni oxuyan hər bir erməninin Azərbaycan haqqında nələr düşündüyünü özünüz fikirləşin:
“Dözə bilmədim, ona öz dilində belə bir şərh yazdım:
“Rubo “can”, ara yekə adamsan və utanmırsan? Bilmirəm haradan əldə etmisən bu saxta kitabı. Sən əsl erməni xəritəsini Filipp Ekozyantsdan al. O, yazır ki, erməni xalqının əsl düşməni onun saxta tarixidir. “Armeniya” adının da bu günkü Ermənistanla heç bir əlaqəsi yoxdur. Başa düş, ay kaftat! Bu saxtakarlıqlarla siz özünüzdən başqa heç kimi aldada bilməzsiniz”.










