Ronaldu “Əl-Nəsr”də rəsmi debüt etdi, komandası qələbə qazandı – FOTOLAR

Ronaldu “Əl-Nəsr”də rəsmi debüt etdi, komandası qələbə qazandı – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriştianu Ronaldunun yeni komandası “Əl-Nəsr” bu gün Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb.

Ər-Riyad təmsilçisi 14-cü turda öz meydanında “Əl-İttifaq”la qarşılaşıb.

Oyun “Əl-Nəsr”in qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 31-ci dəqiqədə Anderson Taliska vurub.

Start heyətdə meydana çıxan Ronaldu sona qədər oynayıb. Bu, 38 yaşlı futbolçunun “Əl-Nəsr”də ilk rəsmi oyunu olub.