Ronaldo “Əl-Nəsr”in heyətində vurduğu ilk qoldan danışdı

Ronaldo “Əl-Nəsr”in heyətində vurduğu ilk qoldan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı klubunun heyətində rəsmi oyunda vurduğu ilk qolu şərh edib.

Tribuna.az xəbər verir ki, Ronaldo bu haqda sosial şəbəkələrdə yazıb:

“Səudiyyə Ərəbistanı liqasında ilk qolumu vurduğum üçün çox şadam. Komanda belə çətin matçda vacib heç-heçəyə nail olmaq üçün çox səy göstərdi!”

Qeyd edək ki, hücumçu “Əl-Fateh” klubu ilə qarşılaşmanın (2:2) 90-cı dəqiqəsində fərqlənib. Ronaldo penaltidən dəqiq zərbə ilə yadda qalıb.