Milyonlarla uşağın oynadığı “Roblox” oyunu ölkəmizdə də məşhurdur və uşaqların sevimli oyununa çevrilib.
Tribuna.az-ın xəbərinə görə, Amerikanın Florida əyalətində uşaqlar arasında populyar olan “Roblox” oyununda baş verən qorxunc hadisə dünya mediasında geniş əks-səda doğurub.
Belə ki, Amerikanın Florida əyalətində “Roblox” oynayan 10 yaşındakı bir uşaq 36 yaşlı Tara Sayks adlı qadının təlimatları ilə 2 aylıq körpə qardaşını yerə atdı və qardaşının yaralanmasına səbəb oldu.
Polis tərəfindən yayılan məlumatda qeyd edilib ki, Sayks təkcə bu əmri verməklə kifayətlənməyib, o, uşağa körpəni boğmaq, isti su ilə yandırmaq, həmçinin uşaqla birlikdə Ata və anasının boğazını kəsməyi və evlərini yandırmaq kimi şiddətli təlimatlar verib. Uşaq qorxduğu üçün digər təlimatları yerinə yetirə bilməyib.
Bu hallar rəqəmlərlə milyonlarla uşağın oynadığı Roblox kimi platformalarda yaşına uyğun olmayan əlaqə və mesajlaşmaların təhlükələrini bir daha gündəmə gətirib. Platforma idarəçiləri belə mesajlaşma hallarının sistem qaydalarına uyğun olmadığını və araşdırıldığını desələr də, belə əlaqələrin uşaq təhlükəsizliyinə ciddi risklər yaratdığı barədə suallar artmaqdadır.
Dəniz Pənahova










