RƏSSAM: MƏDƏNİYYƏT NAZİRLİYİ SƏNƏT ADAMLARINA DƏSTƏK OLMUR

RƏSSAM: MƏDƏNİYYƏT NAZİRLİYİ SƏNƏT ADAMLARINA DƏSTƏK OLMUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyi ətrafında gedən söz-söhbətlər təkcə inzibati məsələlərlə yekunlaşmır, həmçinin sənət adamlarının gileyi şəklində də təzahür edir. Nazirlikdən narazı olan belə sənət adamlarından biri də rəssam, miniatürçü rəssam Pəri Miniatürdur. Rəssam Tribuna. Az– a açıqlamasında bildirib ki, Nazirlik sənət adamlarına dəstək olmur:
“Mən Mədəniyyət Nazirliyinin sənət adamlarına dəstəyini görməmişəm. Ölkədə miniatür sənəti ilə məşğul olan çox az sayda sənətçilərdən biriyəm. Bununla bağlı heç yerdə bir özəllik, özümə qarşı nazirlik tərəfindən hər hansı bir diqqət hiss etməmişəm. Nə olubsa, bu da öz gücümə olub. Bircə dəfə keçən il Fransada Nizami Gəncəvi haqqında çap olunan kitab çap olmuşdu. Bunu da Nizami Gəncəvi Fondunun dəstəyi ilə olmuşdu, yəni Nazirliyə heç bir aidiyyatı yox idi, sadəcə beynəlxalq forumda iştirak edirdim və kitabın rəssamı kimi mənə döş nişanı vermişdilər. Vəssalam. Mən Mədəniyyət Nazirliyindən heç bir diqqət görməmişəm”.

Xatırladaq ki, Elnur Əliyev Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Nazir müavini bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyindəki keçirdiyi əməliyyat zamanı istintaqa cəlb edilib.