Rəsmi Berlinin Bakıdakı səfirliyi vasitəsi ilə açıqca PKK/YPG terror təşkilatına dəstək nümayiş etdirməsinə icazə vermək olmaz.
Tribuna.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Turan Rzayev Almaniyanın Bakıdakı səfirliyi Aİ Film Festivalı çərçivəsində Aİ-nin Azərbaycandakı nümayəndəliyi ilə birlikdə “Odda – İki Bacı” (“Sisters Apart”) filminin nümayişini təşkil etməyi planlaşdırmasıyla bağlı danışarkən deyib.
Ekspert bildirib ki, film İraqda kürd silahlı dəstələrinin hərbi düşərgəsində təlim keçən Rojda adlı qızdan bəhs edir:
“Bu kontekstdə filmin nümayişi açıq şəkildə həm terrorun təbliği, həm də qardaş Türkiyəyə qarşı atılan addımdır. Ümumiyyətlə, Səfirlik və Aİ-nin burdakı ofisi gah LGTB ilə bağlı təbliğat aparır, gah da terrorizmlə bağlı.
Rəsmi Berlinin Bakıdakı səfirliyi vasitəsi ilə açıqca PKK/YPG terror təşkilatına dəstək nümayiş etdirməsinə icazə vermək olmaz. 27 ildən artıq erməni terrorundan əziyyət çəkən bir xalq olaraq terrorun hər cürünə qarşı gəlməliyik”.
Nigar










