Qonşusunu qətlə yetirən məşhur meyxanaçı Rəşad Dağlını 9 ildən 14 ilədək həbs gözləyir.
Tribuna.Az xəbər verir ki, meyxanaçı Cinayət Məcəlləsinin 120.1 maddəsinə əsasən mühakimə olunacaq. Maddəyə edilən dəyişikliyə əsasən, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə 9 ildən 14 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xatırladaq ki, hadisə Qaradağ rayonunda baş verib. Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb. Meyxanaçı bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. Daha sonra isə özü polisə təslim olub.
Nigar









