İran məhkəməsi rəqs edən gənc cütlüyə 10 ildən çox həbs cəzası verib.
Tribuna.az TRTHaber-ə istinadən xəbər verir ki, 20 yaşlarında olan Astiyaz Haqiqi və onun nişanlısı Əmir Məhəmməd Əhmədi noyabrın əvvəllərində Azadi Qülləsinin qarşısında romantik rəqs edərkən çəkilən videonun internetdə yayılmasından sonra həbs edilib.
Haqiqi İran qaydalarına zidd olaraq hicab taxmayıb. Qadınlara kişi ilə ictimai yerlərdə rəqs etmək də qadağandır.
ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) Tehrandakı inqilab məhkəməsinin müttəhimlərə 10 il 6 ay həbs cəzası verdiyini və internetdən istifadə və İranı tərk etməyə qadağa qoyub.
İnstaqramda məşhur olan cütlük “korrupsiya və ictimai fahişəliyi təbliğ etmək”, həmçinin “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq”da təqsirli bilinib.









