İran prezidenti İbrahim Rəisi bazar ertəsi İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşüb və danışıqlar aparıb.
Tribuna.az Mehrnews-a istinadən xəbər verir ki, prezident Rəisi Çinə planlaşdırılan səfərindən əvvəl İslam İnqilabının Rəhbəri ilə görüşdə iştirak edib.
Rəisi bu səfərin məqsədləri və planlaşdırılan görüşlər barədə Ayətullah Xameneiyə məlumat verib.
Bu görüşdə Lider prezidentə uğurlar arzulayıb, planlardan məmnunluğunu bildirib.
Rəisi fevralın 14-dən 16-dək Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə dövlət səfərində olacaq.
Onun səfəri zamanı iki ölkənin yüksək səviyyəli nümayəndə heyətləri arasında danışıqlar aparılacaq, bəzi əməkdaşlıq sənədləri imzalanacaq.









