“REGİONDAKI GƏRGİNLİYİN SƏBƏBKARLARI IRAN VƏ FRANSADIR” – POLİTOLOQ ŞƏRHİ

“REGİONDAKI GƏRGİNLİYİN SƏBƏBKARLARI IRAN VƏ FRANSADIR” – POLİTOLOQ ŞƏRHİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan tərəfinin bu və ya başqa formada təxribatlar törədəcəyi gözlənilirdir. Xüsusilə də nəzərə almaq lazımdır ki, Paşinyanın son zamanlar dəyişən ritorikası, Azərbaycana qarşı irəli sürdüyü əlavə əsassız iddialar və danışıqlar prosesini manipulyasiya etmə cəhtləri baş verə biləcək təxribatların anonsu idi. Çünki Ermənistan 44 günlük müharibədən sonra regionda yaranan, daha doğrusu Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmir və prosesləri dəyişmək üçün əlindən gələni edir.

Bu sözləri Tribuna.az siyasi şərhçi Turan Rzayev bildirib. O qeyd edib ki, Ermənistan beynəlxalq qüvvələri regiona cəlb etmək və kənar qüvvələrin dəstəyi ilə prosesləri dəyişmək üçün hər vəchlə çalışır.
Politoloq hesab edir ki, mövcud gərginliyi Ermənistan təkbaşına bacara bilməzdi:

“Bu istiqamətdə Ermənistanın arxasında dayanan qüvvələr var. Xüsusilə də bu qüvvələr arasında biz Avropa İttifaqı missiyası və və missiyanın arxasındakı Fransanı, eyni zamanda İranı görə bilərik. Mən hesab edirəm ki, mövcud eskalasiyanın pərdə arxasında İran – Ermənistan birliyi dayanır. Gərginlik başladığı andan dərhal sonra İran kəşfiyyat puaları havaya qalxdı və Azərbaycan sərhədi boyunca uçuş həyata keçirdi. 44 günlük müharibə zamanı da İran bənzər addımlar atırdı. Bu həm də onu deməyə əsas verir ki, İran bu yolla kəşfiyyat materiallarını Ermənistana ötürür, Ermənistana bir başa bu əməliyyatlarda dəstək verir.
Bu təxribatlardan bir neçə gün öncə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriroqyanın İrana səfər etməsi, Tehranda həmkarı ilə görüşü onu deməyə əsas verir ki, regiondakı gərginliyin arxasındakı əsas qüvvə həm də İrandır”.

T.Rzayev bildirib ki, Fransa bu proseslərin gərginləşməsində maraqlıdır:

“Xüsusilə də Ermənistanla Azərbaycan arasındakı gərginlikdə Ermənistan daxilində pay qazanmağa çalışır. Burada söhbət Qərb və Rusiya mübarizəsindən gedir. Fransa Ermənistanda təsirlərini artırmağa çalışır.

Ermənistan tərəfi isə hazırki gərginliklə Azərbaycanı provakasiyaya çəkməyə çalışır. Ermənistan döyüş əməliyyatlarının Ermənistan ərazisində baş verməsinə çalışır.Bununla da Azərbacanı Avropa İttifaqının mülki miissiyasına şikayət edəcək, daha sonra isə beynəlxalq tribunada Azərbaycan əleyhinə əsassız iddialarını arqumentləşdirib irəli sürə biləcəkdi”.

Ekspert bildirib ki, indiki proseslərdə Rusiyanın əlinin olduğunu düşünmür:

“İndiki məqamda gərginliyi artıran tərəf Ermənistandır. Hüsab edirəm ki, Rusiya hələlik prosesləri izləyir. Prosesin sonrakı etapından asılı olaraq mövqeyini bildirəcəyini düşünürəm. Rusiyanın hələ Ukraynadakı müharibəsi davam edir. Bu səbəbdən hələ Rusiya regiondakı prosesləri izləməklə kifayətlənir. Regiondakı gərginliyi indiki məqamda iki səbəbkarı var ki, onlar da İran və Fransadır”.