Bu gün dünya müsəlmanları Ramazan bayramını qeyd edir.
Bir ay tutulan orucdan sonra bayram günlərində qidalanma rejiminə diqqət etmək olduqca vacibdir.
Tribuna.az xarici KİV-ə istinadən bayram günlərində düzgün qidalanmağın yollarını təqdim edir:
Birdəfəlik yemək qəbulu sağlamlığa zərərdir
Orucluqda maddələr mübadiləsinin yavaşlaması və sonradan onun sağlam nizama qayıtması üçün birdən-birə qidaya yüklənmək çox təhlükəlidir. Bayram zamanı həddindən artıq yemək və şiriniyyat qəbulu ürək, böyrək, qaraciyər, diabet və yüksək qan təzyiqi kimi xəstəlikləri olan insanlarda sağlamlıq problemləri yarada bilər.
Bayramda şirniyyat və şokolad qəbuluna diqqət edin
Desert qəbulu zamanı xəmir və şərbətli şirniyyatlar əvəzinə südlü məhsullara üstünlük vermək daha məqsədəuyğundur.
Çay və qəhvənin miqdarına fikir verin
Bayram ziyarətləri zamanı həddindən artıq çay və qəhvə qəbulu ürək ritminin pozulmasına və mədə problemlərinin yaranmasına səbəb ola bilər.
Yemək porsiyalarının həcmini tənzimləməyə çalışın
Mümkün qədər kiçik porsiyalarda yeməklərə üstünlük verin. Bu bir ay oruc olan mədənin birdən yüklənməsinin qarşısını alacaq.
Yağlı qidalardan uzaq durun
Axşam yeməyində çox yağlı qidalardan uzaq durun, porsiya ölçülərinin normal olmasına və axşam yeməyinin erkən yeyilməsinə diqqət edin.
Hərəkətdə olmağı unutmayın
Bayramda sərf olunan enerji ilə alınan enerjini tarazlaşdırmaq üçün gəzinti və idman hərəkətləri etməyi unutmayın.









