QUM ŞƏHƏRİNƏ TƏHSİL ALMAĞA GEDƏNLƏR CİDDİ NƏZARƏTDƏ SAXLANILMALIDIR…

QUM ŞƏHƏRİNƏ TƏHSİL ALMAĞA GEDƏNLƏR CİDDİ NƏZARƏTDƏ SAXLANILMALIDIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın ölkəmizdə casus şəbəkəsinə qarşı əməliyyatlar davam etməlidir. 39 nəfərin həbs edilməsi göstərir ki, Tehran rejimi informasiya məkanında uzun illər mövqelərini möhkəmləndiriblər.

Tribuna.az-ın məlumatına görə, bu fikirlərlə çıxış edən siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, onlar Azərbaycana qarşı idioloji və siyasi işlər apararaq ölkəmizin informasiya məkanında müəyyən təzyiq rıçaqlarına malik olub:

“İranın burada casus şəbəkəsi 30 ildir ki, fəaliyyət göstərir və Tehran rejimi məhz indiki dönəmdə onların ölkəmizə qarşı fəaliyyətə keçməsi üçün təlimatlar vermişdi.
Bundan sonra da bu kimi əməliyyatlar keçirilməli və İranın Qum şəhərinə dini təhsil almağa gedən Azərbaycan vətəndaşları ciddi nəzarətdə saxlanılmalıdır”.