QULDUR REJİMİ XOCALI GÖRÜŞÜNƏ QARŞI ÇIXDI: AZƏRBAYCAN HANSI ADDIMI ATMALIDIR?

QULDUR REJİMİ XOCALI GÖRÜŞÜNƏ QARŞI ÇIXDI: AZƏRBAYCAN HANSI ADDIMI ATMALIDIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalıdakı görüş “biz erməni əhalisi ilə təmaslar qururuq” mesajını prosesin indi başlanmasını istəyən beynəlxalq ictimaiyyətə ünvanlamaq baxımından Bakıya sərf edir.

Tribuna.az yazır ki, bu barədə fikir bildirən siyasi şərhçi Asif Nərimanı hesab edir ki, Azərbaycan suverenliyi çərçivəsində “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması” istiqamətində ilk addımı atır:

“Separatçıların iddiaları göstərməyə imkan verir ki, prosesi pozan və erməni əhalisi ilə təmaslar qurmağa maneələr törədən onlardır;
Və növbəti mərhələdə suverenliyimizi təhdid edən, eləcə də erməni əhalisi ilə təmasların yaradılmasına imkan verməyənlərə qarşı praktiki addımların atılması legitimlik qazanır;

İstisna deyil ki, separatçılar “tərəf” kimi görünmək üçün təxribatlarla gərginlik yaradacaqlar. Artıq Azərbaycanı “kənd sakinlərinə güllə atmaqda” ittiham edirlər və bununla həm beynəlxalq ictimaiyyətə, həm də erməni əhalisinə “təmasların mümkünsüzlüyünü” göstərməyə çalışırlar”.

Tribuna.az