QRİP KƏSKİNLƏŞİR… BU DƏRMANLARDAN İSTƏFADƏ EDİN – HƏKİM MƏSLƏHƏTİ

QRİP KƏSKİNLƏŞİR… BU DƏRMANLARDAN İSTƏFADƏ EDİN – HƏKİM MƏSLƏHƏTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə yayılan qrip yüksək qızdırma, əzələ-sümük ağrıları, uzun müddət davam edən zəifliklə müşahidə olunur. Böyüklər yaxşı olar ki, narahatlıq hiss etdikləri andan “Tamiflu” istifadə etsinlər.

Tribuna.az xəbər verir ki, pediatr Vaqif Qarayev uşaqlar və böyüklər arasında yayılmaqda olan qriplə mübarizə aparmaq yolları ilə bağlı məsləhətlər verib. Həkim bildirib ki, Parasetamol indiki halda kömək etmir:

“Heç uşaqlarda hərarət salıcı olan Nurofen də kömək etmir. Çünki dərmanlar keyfiyyətsizdir. Ancaq keyfiyyətli olan Alman Parasetamolu da indiki qripə təsir etmir. İndiki halda Nimesil ən məsləhəlisidir. Çünki ağrıları yaxşı götürür, qızdırmanı salır. Ancaq mədəsində problem olanlar yaxşı olar ki, Nimesildən ehtiyatla istifadə etsin. Tamiflu xəstəliyin ilk günlərində daha effektlidir”.

Həkim bildirib ki, uşaqlar həkim nəzarətində müalicə olunsa, daha yaxşı olar:

“Kiçik yaşlı uşaqlarda xoşagəlməz ağırlaşmalara tez-tez rast gəlinir. Ona görə özünümüalicə risklidir. Xalq təbabətindən isə geninə-boluna istifadə etmək olar, ancaq uşaqlarda yox”.

Tribuna.az