QOŞUNLAR HAZIRLIQ VƏZİYYƏTİNƏ GƏTİRİLDİ, GƏRGİNLİK…

QOŞUNLAR HAZIRLIQ VƏZİYYƏTİNƏ GƏTİRİLDİ, GƏRGİNLİK…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 8-dən aprelin 10-dək Çin ordusu Tayvan adası ətrafında Birgə Kəskin Qılınc təlimi keçirib.

Tribuna.az “Xinhua” xəbər agentliyinə istinadən bildirir ki, Çin Xalq Azadlıq Ordusu ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Milius esminesinin Tayvan boğazından keçməsi ilə əlaqədar qoşunları yüksək hazırlıq vəziyyətinə salıb.

Şərq Birləşmiş Komandanlığının sözçüsü Şi Yi Amerika esminesinin Tayvan boğazını keçdiyini və bunun ictimai etiraza səbəb olduğunu bildirib. Şi Yi qeyd edib ki, Amerika gəmisi bütün marşrut boyu izlənilib.

“Qoşunlar yüksək hazırlıq səviyyəsindədir və milli suverenliyi və təhlükəsizliyi, eləcə də regionda sülh və sabitliyi qətiyyətlə müdafiə edir”, – komandanlığın sözçüsü əlavə edib.

Bundan əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanmasının nümayəndələri məlumat vermişdilər ki, aprelin 16-da USS Milius esminesi “beynəlxalq hüquqa uyğun olaraq açıq dənizdə naviqasiya azadlığının mövcud olduğu sulardan dinc keçid edib”.
Aprelin 8-dən aprelin 10-dək Çin ordusu Tayvan adası ətrafında Birgə Kəskin Qılınc təlimi keçirib. Pekin bildirib ki, manevrlərin məqsədi adanın müstəqilliyini müdafiə edən və ÇXR-in ərazi bütövlüyü və suverenliyini qoruyanlara xəbərdarlıq etməkdir.