Məlum olduğu kimi, meyxanaçı Rəşad Dağlı Lökbatan dairəsində qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevlə arasında mübahisə zəminində onu qətlə yetirib. Rəşad bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu öldürüb. Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu saxlanılıb, Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb. Bəs meyxanaçı Rəşad Dağlı kimdir?
Tribuna.Az bununla bağlı onun kiçik dosyesini hazırlayıb. Belə ki,Rəşad Dağlı 1984-ci il aprelin 21-də Bakının Yasamal rayonunda anadan olub. O, 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan “De gəlsin” meyxana yarışmasında iştirak edib. Kifayət qədər populyar olub.
2010-cu ildə Nailə Süleymanzadə ilə ailə qurub. Onun bu cütlükdən Yusif adlı oğlu və Bətül adlı qızı var. 2019-cu ilin avqust ayında Nailə Süleymanzadə Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Rəşad Dağlıdan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirərək, bununla bağlı məhkəməyə müraciət edib.
2015-ci ildə ANS TV-də yayımlanan “Maşın Şou” realiti verilişində iştirak edib.
2016-cı ilin iyun ayında Rəşad Dağlı Bakı-Qaza yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında xəsarət alıb.Onun “Toyota Prado” markalı 10 KC 011 dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb. Qəzada Rəşad Dağlının qolu sınıb. Onun ustadı Nizami Rəmzi olub.
Nigar









