Türkiyədə Aksarayda həyat yoldaşı ilə qonşusunu evdə tutan bir qadın baş verənləri telefonla çəkib.
Tribuna.az xəbər verir ki, ərindən şübhələnən qadın işdən icazə alaraq yaxın rəfiqəsi ilə evinə gedib. Öz yataq otağında həyat yoldaşı ilə qonşusunu tutan qadın gördüklərindən stress keçirib. Kişi hadisədən sonra evdən qaçıb, qadın isə qonşusunun saçından tutaraq onu döyüb. Səsə bütün bina ayağa qalxıb. Xəyanətə uğrayan qadın qonşusunun əri ilə görüşdüyünü onun həyat yoldaşına da məlumat verib.
Xəyanətkar qadın isə ona yalvararaq bağışlamasını xahiş edib.
Baş verənləri qadının iş yoldaşı olan rəfiqəsi telefonla çəkib.
Görüntüləri təqdim edirik:
Gülşən Rəsul









