QƏRBİ AZƏRBAYCANLILARIN SİYAHIYA ALINMASINA BAŞLANILDI

QƏRBİ AZƏRBAYCANLILARIN SİYAHIYA ALINMASINA BAŞLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regionlarda Qərbi azərbaycanlıların (Yerazların) siyahıya alınması prosesinə başlanılıb.
Tribuna.az-ın məlumatına görə, ekspertlər hesab edir ki, Qərbi azərbaycanlıların siyahıya alınmasının müxtəlif səbəbləri ola bilər:

“Siyahıya alınma ilə hazırda Azərbaycanda əslən qərbi Azərbaycandan olan insanların sayı müəyyən edilməyə çalışıla bilər. Prinsip etibarilə buna ehtiyac da var.
Nəzərə almaq lazımdır ki, vaxtilə məcburi şəkildə torpaqlarından qovulan Qərbi azərbaycanlıların sayı əsaslı surətdə dəyişib. Belə ki, onlar içərisində həyatını itirənlər olduğu kimi Azərbaycanda dünyaya gələn 3-cü 4-cü nəsil də var.
Belə bir siyahı sayları heç 20 min belə olmayan Qarabağ erməniləri üçün status tələb edən qərbi susdurmaq üçün də tərtib edilə bilər”.
Ekspertlər hesab edir ki, Qərbi azərbaycanlılar siyahıya alınaraq gələcəkdə onlara qaçqın statusu yenidən verilə bilər. Bir müddətdir ki, bu istiqamətdə onsuz da təkliflər verilir.

Nigar